"Barselona"nın üzvü İtaliya yolunda
"Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yayda klubundan ayrıla bilər.
Apasport.az "La Gazetto Dello Sport" nəşrinə istinadən xəbər verir ki, “Napoli” ispaniyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
“Kataloniyalılar”ın baş məşqçisi Hans-Diter Flik 22 yaşlı oyunçunu əsas heyətin üzvü kimi görmür.
Qeyd edək ki, Mark Kasado bu mövsüm La Liqa təmsilçisinin heyətində 30 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/quotbarselonaquotnin-uzvu-italiya-yolunda.webp