Qelebə.az / "Barselona"nın üzvü İtaliya yolunda

"Barselona"nın üzvü İtaliya yolunda

Bu gün, 17:05

"Barselona”nın yarımmüdafiəçisi Mark Kasado yayda klubundan ayrıla bilər.

Apasport.az "La Gazetto Dello Sport" nəşrinə istinadən xəbər verir ki, “Napoli” ispaniyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.

“Kataloniyalılar”ın baş məşqçisi Hans-Diter Flik 22 yaşlı oyunçunu əsas heyətin üzvü kimi görmür.

Qeyd edək ki, Mark Kasado bu mövsüm La Liqa təmsilçisinin heyətində 30 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt