“Neftçi” bürünc medalçı oldu

“Neftçi” bürünc medalçı oldu

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medalçı müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).

Saat 16:00-da final matçı baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər.