"Abşeron Lions" yarımfinala yüksəldi
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb.
QELEBE.AZ xəbər verir ki, komanda 1/4 finalın ikinci oyununda "Şəki"ni məğlub edib.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə "Abşeron Lions" üstün olub - 109:78.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.

https://qelebe.az//uploads/photo/quotabsheron-lionsquot-yarimfinala-yukseldi.webp