"Qarabağ"da tək itki: "Sabah"la kritik matçı buraxacaq
Həftəsonu Misli Premyer Liqasında XXVIII tura start veriləcək.
Turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Qarabağ” “Sabah”ı qəbul edəcək.
QELEBE.AZ saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi matça bir itki ilə çıxacaq.
Komandanın müdafiəçisi Bəhlul Mustafazadənin zədəsi davam edir. O, hazırda bərpa prosesi keçir.
“Köhlən atlar”ın digər futbolçuları sıradadırlar. Komandada cəzalı da yoxdur.
Qeyd edək ki, “Qarabağ” - “Sabah” matçı 18 apreldə saat 19:30-da start götürəcək.

https://qelebe.az//uploads/photo/quotqarabagquotda-tek-itki-quotsabahquotla-kritik-matchi-buraxacaq.webp