Millimiz Dünya Kubokunda mübarizə aparacaq

Millimiz Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Kubokunda mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.