Antalyada "Zəfər Kuboku"nda daha altı medal

Antalyada "Zəfər Kuboku"nda daha altı medal

Azərbaycanın daha altı təmsilçisi Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə "Zəfər Kuboku"nda medal qazanıb.

Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti açıqlayıb.

U-17 yaş qrupunda sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) gümüş medal əldə edib.