"Latsio" Florensiya səfərindən əliboş qayıtdı
İtaliya A seriyasında XXXII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Latsio" "Artemio Franki"də "Fiorentina"nın qonağı olub.
Meydan sahibləri 3 xalı 1 qolla qazanıb: 1:0.
Həlledici qolun müəllifi 28-ci dəqiqədə Robin Qozens olub.
Bu nəticədən sonra Florensiya təmsilçisi 35 xalla 15-ci pilləyə yüksəlib.
Paytaxt klubu isə 44 xalla 9-cu pillədə qalıb.
Turnir cədvəlinə 75 xalla "İnter" başçılıq edir.

https://qelebe.az//uploads/photo/quotlatsioquot-florensiya-seferinden-elibosh-qayitdi.webp