Türkiyədə oynayan Azərbaycan millisinin futbolçusu: "Düşündüm ki, bir azdan hər şey keçəcək, amma keçmədi"

Türkiyədə oynayan Azərbaycan millisinin futbolçusu: "Düşündüm ki, bir azdan hər şey keçəcək, amma keçmədi"

"Əvvəlcə inanmadım, yorğanı başıma çəkdim, düşündüm ki, bir azdan hər şey keçəcək, amma keçmədi".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin və "Qaziantep Asya" klubunun futbolçusu Alina Dorofeyeva Türkiyədə baş vermiş zəlzələ barədə danışarkən deyib.

25 yaşlı müdafiəçi bildirib ki, əvvəlcə bunun yuxu olduğunu düşünüb: "Yataqdan qalxmağa çalışsam da, alınmadı. Hər yer silkələnirdi. Evin içi dağılırdı. Komandamız binanın 3-cü mərtəbəsində qalır. Mənim mənzilim isə ən yuxarıdadır. Dörd gün öncə məşqdə çarpaz bağlarım qopduğu üçün gəzə bilmirəm. Güclə yerimdən qalxıb, əynimdəki paltarlarla qapıya çıxdım. Sonra isə qızların köməyi ilə aşağı düşdüm".

O, həmin gecəni məscidin önündə keçirdiklərini söyləyib: "Ardınca komandanın avtobusu gəldi. Bir gecə də avtobusda qaldıq. Marketlər, kafe və restoranlar bağlı olduğundan yemək tapmaq çox çətin idi. Yanımızdakı binalar uçub dağılırdı. Şükürlər olsun ki, Allah qorudu, bizə heç nə olmadı".

Azərbaycan millisinin üzvü qeyd edib ki, ilk dəfə belə bir şey yaşadığı üçün çox qorxub: "Hələ də içimdə qorxu hissi var. Allah bir daha heç kimin başına belə bir fəlakət gətirməsin".

Dorofeyeva tezliklə Bakıya qayıtmaq istədiyini vurğulayıb: "İki gündən sonra İstanbula gedəcəyəm. Alınsa, orada əməliyyat olunacağam. Alınmasa, məcbur ölkədəki vəziyyət düzələnədək gözləyəcəyəm. Amma mütləq əməliyyat olunmalıyam, əks halda karyeramı vaxtından əvvəl bitirəcəyəm".

Xatırladaq ki, ən son məlumata əsasən fevralın 6-da baş verən zəlzələdə 12 873 insan vəfat edib, 62 937 insan isə yaralanıb.

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

Futbol
"Nant" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Nant" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

Futbol
"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar

"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar

Futbol
"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

"Qarabağ"ın "Olimpiakos"la ev oyununa cəmi 300 bilet qalıb

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci qol vurulub

Futbol
Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək

Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək

Futbol
Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Onkoloji xəstəlikdən əziyyət çəkən baş məşqçi istefaya göndərilib

Futbol
KİV: Ronaldu “Napoli”-yə keçir

KİV: Ronaldu “Napoli”-yə keçir

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Marselo "Qarabağ"la Bakıdakı oyunu düşünür

Futbol
DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

DÇ-2022: Ən gənc futbolçular açıqlanıb