"İmişli" Qubada "Turan Tovuz"u qəbul edir - YENİLƏNİR

"İmişli" Qubada "Turan Tovuz"u qəbul edir - YENİLƏNİR

Misli Premyer Liqasında 26-cı tura bu gün yekun vurulacaq.

QELEBE.AZ xəbər verir ki, günün ilk matçı Qubada baş tutacaq.

Nomimal ev sahibi "İmişli" "Turan Tovuz"u qəbul edəcək.

Aktivində 48 xal olan Tovuz təmsilçisi avrokuboklara vəsiqə uğrunda oyuna mütləq 3 xal gözüylə baxır. "Boz qurdlar" qələbə qazanacağı təqdirdə hədəfə bir qədər də yaxınlaşmış olacaq.

İmişlinin eyniadlı komandası isə hazırda 22 xalla 9-cu pillədədir. Kaşkilyanın yetirmələri təhlükəli zonadan qurtulmaq üçün bu matçdan xal və ya xallarla ayrılmalıdır. 

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

15:00. "İmişli" - "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Quba. Olimpia İdman Kompleksinin stadionu.