“Qalatasaray” Leminanı buraxmaq istəmir
“Qalatasaray” yeni mövsüm üçün heyətini qorumağı planlaşdırır.
QELEBE.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cimbom” Mario Leminanı buraxmaq istəmir.
"Sarı-qırmızılılar" qabonlu futbolçuya yeni müqavilə təklif edib. “Qalatasaray”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq təcrübəli futbolçunun özü də klubda qalmağa müsbət yanaşır.
32 yaşlı futbolçunun müqaviləsinin 1 il uzadılması planlaşdırılır.
Lemina karyerası ərzində “Loryen”, “Marsel”, “Yuventus”, “Southempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında çıxış edib.

https://qelebe.az//uploads/photo/qalatasaray-leminani-buraxmaq-istemir.webp