Millimiz Bolqarıstanla heç-heçə edib
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.
“Xristo Botev” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edib.
Gərgin keçən matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

https://qelebe.az//uploads/photo/millimiz-bolqaristanla-hech-heche-edib.webp