AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq.
Xudiyev B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.
Qrupun qarşılaşmaları 25-31 mart aralığında Niderlandda təşkil olunacaq.

https://qelebe.az//uploads/photo/affa-resmisine-uefa-dan-novbeti-teyinat.webp