“Fənər”in müdafiəçisi zədələnib - 1 ay oynamayacaq
"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
QELEBE.AZ xəbər verir ki, Super Liqa nəhənginin müdafiəçisi Nelson Semedo sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Semedo ölkə çempionatının 24-cü turunun "Antalyaspor"la səfər matçında (2:2) dizindən zədə alıb. Portuqaliyalı sağ cinah müdaqfiəçisi təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Nelson Semedonu mövsümün əvvəlində "Vulverhempton"dan transfer edib. 32 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/fenerin-mudafiechisi-zedelenib-1-ay-oynamayacaq.webp