"Fənərbaxça"da ŞOK İTKİ
"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
QELEBE.AZ xəbər verir ki, "sarı-lacivərdlilər"in kapitanı Milan Șkriniar 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ulduz futbolçu UEFA Avropa Liqasının pley-off mərhələsində baş tutan "Nottingem Forest"ə qarşı oyunun 26-cı dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 27-də İngiltərədə baş tutacaq.

https://qelebe.az//uploads/photo/quotfenerbaxchaquotda-shok-itki.webp