Burkina Faso millisinin üzvü “Sumqayıt”da - RƏSMİ

Burkina Faso millisinin üzvü “Sumqayıt”da - RƏSMİ

“Sumqayıt” növbəti keçidini reallaşdırıb.

QELEBE.AZ xəbər verir ki, komanda son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

Qeyd edək ki, Sedrik Badolo karyerası ərzində “Spartak” ilə yanaşı vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.