“Qarabağ”ın matçı üçün İngiltərəyə getmək istəyənlər: Diqqət!
"Qarabağ" azarkeşlərə müraciət edib.
QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” – “Qarabağ” matçını stadiondan izləmək və komandaya dəstək olmaq istəyən azarkeşlər üçün biletlər bu gün saat 15:00-dan etibarən satışda olacaq.
Azarkeşlər biletlərini iTicket.az saytından əldə edə bilərlər.
Qeyd edək ki, görüş fevralın 25-də saat 00:00-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/qarabagin-matchi-uchun-ingiltereye-getmek-isteyenler-diqqet.webp