La Liqa: “Real”dan növbəti qələbə

La Liqa: “Real”dan növbəti qələbə

İspaniya La Liqasında XXIII turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, “Atletiko Madrid” öz meydanında “Real Betis”lə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Qonaqlar rəqibini minimal hesabla məğlub ediblər – 1:0.

Madridin digər təmsilçisi “Real” isə turu qələbə ilə başa vurub. “Kral klubu” azarkeşləri önündə “Valensiya”nı iki cavabsız qolla məğlub edib – 2:0.