"Fənərbaxça" hücumçusuz qaldı: En Nesiridən sonra o da gedir
Con Duran karyerasını Rusiyada davam etdirməyə yaxındır.
QELEBE.AZ xəbər verir ki, məxsus olduğu "Əl-Nəsr" klubundan icarə əsasında "Fənərbaxça"da çıxış edən kolumbiyalı hücumçu Türkiyəni tərk edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Mənbəyə görə, 22 yaşlı forvard "Zenit"lə razılığa gəlib. O, Sankt-Peterburq təmsilçisi ilə yeni icarə müqaviləsi imzalayacaq.
Duranın Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir.
Hücumçu cari mövsüm İstanbul təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 21 oyunda meydana çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Kolumbiyalı futbolçu daha əvvəl vətənində “Enviqado”, ABŞ-da “Çikaqo Fayr”, İngiltərədə isə "Aston Villa" forması geyinib.
Xatırladaq ki, "Fənərbaxça"nın daha bir hücumçusu Yusuf En Nesiri qış transfer pəncərəsində komandadan ayrılaraq "Əl-İttihad"a transfer olub.

https://qelebe.az//uploads/photo/quotfenerbaxchaquot-hucumchusuz-qaldi-en-nesiriden-sonra-o-da-gedir.webp