“Neftçi”nin yetirməsi I Liqa klubunda - RƏSMİ

“Neftçi”nin yetirməsi I Liqa klubunda - RƏSMİ

“Şahdağ Qusar” qış transfer dönəmində növbəti transferini reallaşdırıb.

QELEBE.AZ xəbər verir ki, I Liqa təmsilçisi Arsen Xalilovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu cari mövsümün sonuna qədər komandada çıxış edəcək.

Qeyd edək ki, Xalilov daha öncə “Neftçi-2” və “Səbail-2”nin heyətində çıxış edib.