“Şahdağ Qusar” qış transfer dönəmində növbəti transferini reallaşdırıb.
QELEBE.AZ xəbər verir ki, I Liqa təmsilçisi Arsen Xalilovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu cari mövsümün sonuna qədər komandada çıxış edəcək.
Qeyd edək ki, Xalilov daha öncə “Neftçi-2” və “Səbail-2”nin heyətində çıxış edib.