"Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqada
I Liqa təmsilçisi "Mingəçevir" heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Ağ-göylər" 25 yaşlı müdafiəçi Elçin Mustafayev ilə mövsümün sonuna qədər rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Araz Naxçıvan"da çıxış edib.

https://qelebe.az//uploads/photo/quotaraz-naxchivanquotin-sabiq-futbolchusu-i-liqada.webp