ABL: “Gəncə” NTD-ni məğlub edib
Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış oyun keçirilib.
Apasport.az xəbər verir ki, A qrupunun matçında NTD "Gəncə" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan görüşdə sevinən tərəf qonaqlar olub.
Oyun Gəncə təmsilçisinin 102:95 hesablı qələbəsi ilə yekunlaşıb.

https://qelebe.az//uploads/photo/abl-gence-ntd-ni-meglub-edib.webp