“İnter”in müdafiəçisi “Əl-Hilal” yolunda
“İnter” və Niderland millisinin müdafiəçisi Stefan De Vray karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
QELEBE.AZ “Tuttomercato”ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Əl-Hilal”a transfer olmağa hazırlaşır.
Ərəblər niderlandlının keçidini bu qış reallaşdırmaq istəyir. Ən pis halda isə De Vrayın transferi mövsümün sonunda baş tutacaq.
2018-ci ildə “Latsio”dan “İnter”ə keçmiş təcrübəli futbolçunun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
O, “Feyenoord”un yetirməsi və sabiq futbolçusudur.

https://qelebe.az//uploads/photo/interin-mudafiechisi-el-hilal-yolunda.webp