İspaniya Superkuboku: "Barselona"nın qələbəsi tarixə düşüb
“Barselona” İspaniya Superkubokunun finalında “Real”ı məğlub edib.
QELEBE.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanında baş tutan oyunda kataloniyalılar 3:2 hesablı qələbə qazanıb.
“Barselona” ardıcıl üçüncü finaldır ki, “Real”a qalib gəlir. Bu, “el klasiko”lar tarixində ilk belə hadisədir.
“Barselona” ötən il İspaniya Kubokunda (3:2) və Superkubokunda (5:2) madridlilərə qalib gəlib.

https://qelebe.az//uploads/photo/ispaniya-superkuboku-quotbarselonaquotnin-qelebesi-tarixe-dushub.webp