“Real” İspaniya Superkubokunun finalında

“Real” İspaniya Superkubokunun finalında

İspaniya Superkubokunda daha bir finalçının adına aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, yarımfinal mərhələsinin son matçında “Atletiko” ilə “Real Madrid” üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qolun şahidi olublar. Oyun “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv bu nəticə ilə adını finala yazdırıb. Onlar həlledici qarşılaşmada “Barselona” ilə üz-üzə gələcəklər.