Maliyə uduzdular, baş məşqçi yola salındı
Tunis millisinin baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.
Apasport.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
Bu, yığmanın Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlub olmasından sonra baş verib. 57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk edib.
Tunis millisi əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında (2:3) Maliyə uduzub. Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu.

https://qelebe.az//uploads/photo/maliye-uduzdular-bash-meshqchi-yola-salindi.webp