Hakimlər Komitəsinin sədri: "Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib"
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVI turunda keçirilmiş "Karvan-Yevlax" - "Neftçi" oyununda FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
Apasport.az xəbər verir ki, Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.
O, bundan əlavə, "Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah" görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.

https://qelebe.az//uploads/photo/hakimler-komitesinin-sedri-quoteliyar-agayev-quotneftchiquotnin-oyununda-sehv-qerar-veribquot.webp