Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi
“Neftçi” heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirə bilər.
Apasport.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, “ağ-qaralar” Ukraynanın "Polesya" klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.
Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.
Danilo daha əvvəl 2024-cü ildə “Krivbass”da Yuri Vernidubla çalışıb. Vernidub indi sabiq tələbəsini “Neftçi”yə gətirmək niyyətindədir.
Müdafiəçi bu mövsüm 9 oyuna çıxıb. “Transfermarkt”da dəyəri 600 min avro olan futbolçu Ukraynanın U-20 yığmasının da formasını geyinib.

https://qelebe.az//uploads/photo/ukrayna-klubundan-quotneftchiquotye-vernidubdan-transfer-hemlesi.webp