Qelebə.az / Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi

Ukrayna klubundan "Neftçi"yə: Vernidubdan transfer həmləsi

25-12-2025, 11:17

“Neftçi” heyətini daha bir əcnəbi oyunçu ilə gücləndirə bilər.

Apasport.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, “ağ-qaralar” Ukraynanın "Polesya" klubunun mərkəz müdafiəçi Danilo Beskorovaynı ilə maraqlanır.

Jitomir təmsilçisi onun üçün təklifləri qəbul etməyə hazırdır.

Danilo daha əvvəl 2024-cü ildə “Krivbass”da Yuri Vernidubla çalışıb. Vernidub indi sabiq tələbəsini “Neftçi”yə gətirmək niyyətindədir.

Müdafiəçi bu mövsüm 9 oyuna çıxıb. “Transfermarkt”da dəyəri 600 min avro olan futbolçu Ukraynanın U-20 yığmasının da formasını geyinib.

Geri qayıt