"Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq

"Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq

"Neftçi" klubunun sabiq futbolçusu Eşqin İsmayılov Region Liqasında oynayacaq.

Apasport.az xəbər verir ki, "Göyəzən" 29 yaşlı müdafiəçinin keçidini açıqlayıb.

Oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Eşqin İsmayılov karyerası ərzində "Turan Tovuz", "Neftçi" və AZAL klublarının şərəfini qoruyub.