Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib
17 yaşadək qadın futbolçulardan ibarət Avropa çempionatının 2025/2026 mövsümünün II raundunun püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.
Komanda B Liqasının 3-cü qrupunda Belçika, Sloveniya və Farer adaları yığmaları ilə mübarizə aparacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-millisinin-avropa-chempionatinin-20252026-movsumunun-ii-raundundaki-reqibleri-mueyyenleshib.webp