Ramos Avropa nəhənginin hədəfində

Ramos Avropa nəhənginin hədəfində

İlin sonunda "Monnerrey"lə müqaviləsi başa çatan Serxio Ramos Avropaya qayıda bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.

"Milan" ispaniyalı mərkəz müdafiəçisi ilə maraqlanır. A Seriyası nəhəngi 39 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Serxio Ramos bu ilin fevral ayından "Monterrey"də çıxış edir. Təcrübəli oyunçu Meksika təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 7 qol vurub.