“Antiterror əməliyyatı” şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo çempionatı keçirilib

“Antiterror əməliyyatı” şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo çempionatı keçirilib

Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə DİN-in İdman Cəmiyyətində dövlət qurumlarının xüsusi rütbəli əməkdaşları arasında “Antiterror əməliyyatı” şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq çempionat keçirilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışda 11 dövlət qurumundan 65-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıblar.

Yarışda iştirak edən FHN-nin kişilərdən ibarət cüdo üzrə komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı mayor Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, 60kq çəki dərəcəsində Sumqayıt Regional Mərkəzinin əməkdaşı baş çavuş Ozal Dünyamaılyev, 66kq çəki dərəcəsində Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı baş çavuş Mir Elturan Seyidi və 73kq çəki dərəcəsində Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Etibar Kərimov gümüş medallara sahib çıxıblar. Qaliblərə DİN-in təsis etdiyi medal və diplomlar təqdim edilib.

30 noyabr 2025-ci il tarixində Yevlax Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə taekvondo idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında “Odlar yurdu” kuboku keçirilib.

Yarışda respublikanın şəhər və rayonlarının müxtəlif idman klubları və cəmiyyətlərindən 16 komanda olmaqla 400-ə yaxın idmançı iştirak edərək öz qüvvələrini sınayıblar.

FHN-in taekvondo üzrə uşaqlardan ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı gizir Xəyalə Ağayevanın rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, 21kq çəki dərəcəsində Mədinə Əhmədova, 24kq çəki dərəcəsində Ayşən Mədətova və 27kq çəki dərəcəsində isə Rüqəyya Süleymanlı bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olublar.

Qaliblərə Azərbaycan Taekvondo Federasiyasının təsis etdiyi medal və diplomlar təqdim edilib.

2 dekabr 2025-ci il tarixində İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev yarışlarda uğur qazanmış əməkdaşlar və idmançı üzvlərlə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Döyüş növləri
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Döyüş növləri
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

Döyüş növləri
Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Döyüş növləri
Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Döyüş növləri
Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Döyüş növləri
Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycanın ən güclü boksçularımız müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü boksçularımız müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Döyüş növləri
Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Döyüş növləri
Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO