Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağı keçirilib.

Apasport.az xəbər verir ki, tədbir federasiyanın son 4 illik fəaliyyətinin və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə keçirilib. Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib.

Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib. Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.