Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq

Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq

Azərbaycanın paraüzgüçüləri Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.

QELEBE.AZ xəbər verir ki, yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək.

Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaqlar.

Xatırladaq ki, bu gün start götürəcək yarış mayın 9-da başa çatacaq.