Qelebə.az / Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

27-11-2025, 16:09

Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağı keçirilib.

Apasport.az xəbər verir ki, tədbir federasiyanın son 4 illik fəaliyyətinin və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə keçirilib. Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib.

Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib. Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

Geri qayıt