Kenan Yıldız “Yuventus”da 100-ə çatdı
Türkiyə millisinin üzvü Kenan Yıldız “Yuventus” forması ilə 100-cü matçına çıxıb.
Apasport.az xəbər verir ki, gənc futbolçu bu yubileyə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə keçirilən “Bodo-Qlimt” – “Yuventus” qarşılaşmasında nail olub.
20 yaşlı hücumçu oyuna ehtiyat oyunçular skamyasında başlayıb və matçın 46-cı dəqiqəsində meydana daxil olub. Kenan görüşü bir məhsuldar ötürmə ilə başa vurub.
Qeyd edək ki, “Bodo-Qlimt” – “Yuventus” oyunu “qoca sinyora”nın 3:2 hesablı qələbəsi ilə nəticələnib.

https://qelebe.az//uploads/photo/kenan-yildiz-yuventusda-100-e-chatdi.webp