“Trabzonspor”da ciddi itki

“Trabzonspor”da ciddi itki

“Trabzonspor” ciddi itki ilə üzləşib.

QELEBE.AZ xəbər verir ki, yarımmüdafiəçi Edin Visça zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqanın XIII turunda “Başakşəhər”lə matçda (4:3) ciddi xəsarət alan Visça əməliyyat olunacaq. Onun azı 5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

35 yaşlı futbolçu bu mövsüm Super Liqada 9 oyuna çıxıb.