İslam Oyunları: İdmançılarımız 2 növdə qızıl üçün yarışacaqlar

İslam Oyunları: İdmançılarımız 2 növdə qızıl üçün yarışacaqlar

VI İslam Həmrəyliyi Oyunlarında (Riyad-2025) bu gün — 14 noyabr tarixində Azərbaycan idmançıları 2 növdə mübarizə aparacaqlar.

Apasport.az xəbər verir ki, duatlon yarışlarında təmsilçimiz Leyla Əbdüləzizova finalda mübarizə aparacaq. 

Muaytay üzrə 60-65 kq çəkidə isə Xəyal Əliyev həlledici görüşdə mərakeşli Həmzə Raşidlə münasibətlərə aydınlıq gətirəcək.