Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu

Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu

Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) adı mərc oyunları ilə hallanan Türkiyə Super Liqa və Birinci Liqa oyunçuları ilə bağlı qərar verib. 

Apasport.az xəbər verir ki, müxtəlif klublarda çıxış edən futbolçular cəzalandırılıb. Bu barədə TFF məlumat yayıb.

Məlumata görə, “Qalatasaray”lı Eren Elmalı 45 gün, Metehan Baltacı isə 9 ay müddətinə futboldan uzaqlaşdırılıb. 

Eyni zamanda, “Konyaspor”un futbolçusu Ndao da 12 aylıq cəza alıb.

Qeyd edək ki, TFF ümumilikdə 102 futbolçunun cəzalandırıldığını açıqlayıb.