İslandiya millisinin baş məşqçisi: “Bizim üçün çox vacib oyundur”
Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda İslandiya ilə qarşılaşacaq.
QELEBE.AZ xəbər verir ki, qonaqların baş məşqçisi Arnar Qunnlauqsson qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
"Bizim üçün çox vacib oyundur. Pley-off şanslarımızı saxlamaq üçün yaxşı nəticə əldə etməliyik".
Qeyd edək ki, Azərbaycan - İslandiya görüşü noyabrın 13-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/islandiya-millisinin-bash-meshqchisi-bizim-uchun-chox-vacib-oyundur.webp