İslamiada: Azərbaycan millisi finalda Türkiyə ilə üz-üzə gələcək - FOTO

İslamiada: Azərbaycan millisi finalda Türkiyə ilə üz-üzə gələcək - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı növbəti matçına çıxıb.

Apasport.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Əfqanıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb- 3:0 (25:7, 25:5, 25:9).

Qızıl medal uğrunda həlledici görüşdə komandamızın rəqibi Türkiyə yığması olacaq.