La Liqada "Atletiko" qələbə qazandı, “Real Sosyedad” xal itirdi

La Liqada "Atletiko" qələbə qazandı, “Real Sosyedad” xal itirdi

İspaniya La Liqasında XII tur davam edir.

Apasport.az xəbər verir ki, “Elçe” doğma meydanda “Real Sosyedad”ı qəbul edib və oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Digər matçda “Girona” “Alaves” üzərində minimal hesabla qələbə qazanıb – 1:0. “Sevilya” da evdə “Osasuna”ya qarşı eyni hesabla qalib gəlib – 1:0.

Turun ən məhsuldar görüşü Madrid derbisində qeydə alınıb. “Atletiko Madrid” “Levante”ni 3:1 hesabı ilə məğlub edərək turnir cədvəlində mövqeyini möhkəmləndirib.

La Liqa 

XII tur

“Elçe” – “Real Sosyedad” 1:1
“Girona” – “Alaves” 1:0
“Sevilya” – “Osasuna” 1:0
“Atletiko Madrid” – “Levante” 3:1