"Kəpəz"in legioneri: "Orta pillələrdə yer almaq üçün çalışacağıq"

"Kəpəz"in legioneri: "Orta pillələrdə yer almaq üçün çalışacağıq"

"Biz nəinki elitada qalmaq, hətta orta pillələrdə yer almaq üçün çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in qapıçısı Mario Mustapiç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

24 yaşlı oyunçu Gəncə təmsilçisinin qarşısına qoyulan hədəfdən danışıb: "Məqsədimiz üçün mübarizə apara biləcək gücdə olan yaxşı kollektivə malikik. Komandada super atmosfer, yüksək əhval-ruhiyyə var. Zamanla daha yaxşı oynayıb xallar toplayacağıq. Azarkeşlər bizim güclü tərəfimizdir. Azərbaycana ilk gəlişimdə onların dəstəyini görmüşdüm. İndi də fanatların bizə güclü dəstək verəcəyini gözləyirəm. Azarkeşlərlə birgə komandanı irəli aparacağıq".

Xorvatiyalı qolkiper qış təlim-məşq toplanışı barədə də fikirlərini bölüşüb: "Fasilədən sonra ilk turlardan bizi olduqca əhəmiyyətli oyunlar gözləyir. İstirahət etmək, qidalanmaq üçün hər cür imkana malik oteldə qaldıq, məşq etdiyimiz stadionlar da yaxşı idi. Baş məşqçinin təlimatları əsasında çalışdıq. Hazırlığımız da yüsək səviyyədə keçdi. Ümid edirəm ki, “Qəbələ” və “Səbail” ilə ilk çempionat görüşlərində bizə lazım olan xalları toplaya biləcəyik”.

Mustapiç əsas heyətdə yer almaq uğrunda rəqabətə hazır olduğunu vurğulayıb: “Orxan Sadıqlı əla qapıçıdır. Onun oyunlarda əsas heyətdə yer aldığını bilirəm. Mən də cəhd edəcəm ki, ilk “11-lik”də yer alım. Buna görə həm özüm, həm də komanda üçün əlimdən gələni etməyə çalışacam”.

Qeyd edək ki, "Kəpəz" bu gün XIX turda "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

Futbol
"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

Futbol
"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

Futbol
Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Futbol
"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
Azərbaycan millisinin qapıçısı zədələnib

Azərbaycan millisinin qapıçısı zədələnib

Futbol
Liberiya prezidentin oğlu DÇ-2022-nin heyətinə çağırılıb

Liberiya prezidentin oğlu DÇ-2022-nin heyətinə çağırılıb

Futbol
Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Ronaldo 2 oyun “Əl-Nəsr”ə kömək edə bilməyəcək

Futbol
"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Futbol
"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər

"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər