"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə" klubunun fransalı müdafiəçisi Adileu Moizin "QELEBE.AZ"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının son turunda "Səbail"i 2:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Layiqli qələbə idi. Səfərdə oynadıq və bizim üçün asan olmadı. Ardıcıl ikinci qarşılaşmada qələbə bizim üçün vacib idi.

- Əvvəlki matçlarda start heyətində yer alsanız da, bu dəfə ehtiyatda qaldınız. Bu, nə ilə bağlı idi?

- Düzdür, bu matçda meydana çıxmadım. Çünki evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldiyimiz V tur oyunundan sonra ayağımda ağrılar var idi. Həkimlər həmin görüşdən sonra istirahət etməli olduğumu bildirmişdilər.

- Artıq Azərbaycan çempionatında bir neçə oyun keçirmisiniz. Premyer Liqanın və futbolumuzun səviyyəsi barədə hansı fikirdəsiniz?

- Məncə, səviyyə kifayət qədər yüksəkdir. Açığı, bu cür gözləmirdim, sürpriz oldu. Bu, həm komanda, həm də karyeram üçün yaxşıdır. Belədə rəqabət də güclü olur.

- Bir az əvvələ qayıdaq. "Zirə"yə keçidiniz necə baş tutdu?

- Karyeramda yeni səhifə açmaq, yeni addım atmaq istəyirdim. "Zirə"nin Konfrans Liqasında oynadığını bildirdim. Bu, mənə motivasiya verdi. Agentim Rəşad Sadıqovla danışdıqdan sonra buraya gəldim. İnanıram ki, yenə avrokuboklara vəsiqə qazanacağıq.

- Azərbaycan çempionatında sizi ən çox təəccübləndirən nə oldu?

- Təbii ki, buradakı komandaların səviyyəsi. Liqada çox yaxşı futbolçular çıxış edir. Xüsusilə "Qarabağ"da çox sürətli və keyfiyyətli oyunçular var. Məncə, bu komanda asanlıq Avropanın ən yaxşı 5 liqasından birində oynaya bilər.

- Fransa, Slovakiya, Yunanıstan, Türkiyə və Niderland çempionatlarında oynamısınız. Bu liqalarla Azərbaycan Premyer Liqasını necə müqayisə edərdiniz?

- Əvvəl oynadığım çempionatlarda da rəqabət yüksək idi. Azərbaycanda da bunun şahidi oldum. Məsələn, adlarını sadaladığınız ölkələrdə taktiki-texniki futbola üstünlük verirlər. Burada isə daha çox fiziki və texniki oyun üslubu üstünlük təşkil edir.

- Fransada "Valensiyen", "Pau" və "Vitre" klublarının formasını geyinmisiniz. "Qarabağ" sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsinin II turunda "Nant"la qarşılaşacaq. Hər iki komanda haqqında məlumatınız var. Şansları necə dəyərləndirirsiniz?

- Məncə, hər iki komanda üçün yaxşı oyundur. "Nant"ın heyətində sürətli və güclü futbolçular var. "Qarabağ"a çətin olacaq. Çünki 3 gündən bir oyun keçirirlər. Fikrimcə, "Qarabağ" güclü rəqiblə mübarizəyə tam hazırdır.

Futbol
Pelenin səhhəti yenidən pisləşib

Pelenin səhhəti yenidən pisləşib

Futbol
Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Futbol
Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Futbol
Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Futbol
Türkiyə klubuna transfer qadağası qoyulub

Türkiyə klubuna transfer qadağası qoyulub

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
"AFFA və PFL tərəfindən şərait yaradılsa, II Liqada çıxış etmək istərdik" – "Marafon"un rəhbəri

"AFFA və PFL tərəfindən şərait yaradılsa, II Liqada çıxış etmək istərdik" – "Marafon"un rəhbəri

Futbol
Azərbaycan futbolunun inkişafı ilə bağlı 4 təklif irəli sürülüb

Azərbaycan futbolunun inkişafı ilə bağlı 4 təklif irəli sürülüb

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib