“Qarabağ” – “Çelsi” oyununun biletləri tükənir
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri tükənmək üzrədir.
Apasport.az xəbər verir ki, satışda yalnız VİP yerlər üçün az sayda bilet mövcuddur.
Digər sektorlar üçün ayrılan biletlər isə artıq satılıb.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

https://qelebe.az//uploads/photo/qarabag-chelsi-oyununun-biletleri-tukenir.webp