"Qalatasaray" "Bodo Qlimt"i əliboş yola saldı
UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin III tur qarşılaşmaları keçirilir.
QELEBE.AZ xəbər verir ki, yarışda Türkiyə təmsilçisi “Qalatasaray”ın U-19 komandası növbəti matçına çıxıb.
Komanda "Bodo Qlimt"lə üz-üzə gəlib. Görüş İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə baş çatıb.
Qeyd edək ki, "sarı-qırmızılılar" turnirdə ilk qələbəsini əldə edib.

https://qelebe.az//uploads/photo/quotqalatasarayquot-quotbodo-qlimtquoti-elibosh-yola-saldi.webp