Sergen Yalçının Türkiyə millisindəki məşqçilər korpusu bəlli olub

Sergen Yalçının Türkiyə millisindəki məşqçilər korpusu bəlli olub

Türkiyə millisinin yeni baş məşqçisi Sergen Yalçının köməkçiləri müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, 53 yaşlı mütəxəssisin məşqçilər korpusunda çalışacaq şəxslərin siyahısı açıqlanıb.

Serhat Mert texniki heyətin koordinatoru, Murat Kaytaz isə baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək. Niyazi Eniseler və Emre Gürbüz atletik performans üzrə məşqçi, Erol Ayçiçek isə qapıçılar üzrə məşqçi olacaq.

Tarık Yiğit Egeli və Okan Aydıner matç və performans analitiki, Muhammet Nuri Püren isə onların köməkçisi kimi fəaliyyət göstərəcək.

Daha əvvəl Sergen Yalçının köməkçiləri arasında yer alacağı bildirilən Ozan Köprülü isə yekun siyahıya daxil edilməyib.

Türkiyə mətbuatının məlumatına görə, TFF onun mərc oyunlarında iştiraka görə 12 aylıq cəza almasını əsas gətirərək namizədliyinə veto qoyub.