Osimhen het-trik etdi, Nigeriya DÇ pley-offuna yüksəldi
DÇ-2026-nın Afrika zonası üzrə seçmələri davam edir.
QELEBE.AZ xəbər verir ki, C qrupunda yer alan Nigeriya sonuncu turda öz meydanında ən yaxın rəqibi Benin yığmasını qəbul edib.
“Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhenin het-trik etdiyi qarşılaşmada ev sahibləri rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran Nigeriya qrupu ikinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib.

https://qelebe.az//uploads/photo/osimhen-het-trik-etdi-nigeriya-dch-pley-offuna-yukseldi.webp